Televiziyada yeni rekord gözlənilir

Televiziyada yeni rekord gözlənilir

14 Aprel 2011 12:58
865
Bəyəndim (0) Bəyənmədim (0)
TV işçiləri çirkab içindədirlər

Amerika televiziya tarixinin ən çox izlənilən tolk-şousunun aparıcısı mavi ekranla sağollaşmağa hazırlaşır. İşçilərinə və studiyaya gələn qonaqlarına avtomobil kimi böyük hədiyyələr bağışlamağı ilə bilinən Oprah Vinfreyin son proqramının - 25 may bölümünün izlənmə rekordları qırması gözlənilir. Gündüz vaxtı yayımlanan "The Oprah Winfrey Show" verilişi əsnasında ekranda görünən reklamların 10 saniyəsi üçün 1 milyon dollar ödəniləcək.

ABŞ televiziyası tarixində ən çox gəlirli ekran versiyası "Friends" (Dostlar) serialının sonuncu bölümü olmuşdu. O vaxt bu işdə əziyyət çəkənlər 2 milyon dollar pul qazanmışdılar.

ABŞ-ın televiziya işçiləri çirkab içində üzürlər. Çünki pul əl çirkidir...

Günel Həbib

O.M.