Bundan sonra qadına əl qalxmayacaq!

Bundan sonra qadına əl qalxmayacaq!

7 Sentyabr 2011 11:50
Bəyəndim (0) Bəyənmədim (0)
Qadına qarşı olan zorakılıq bu cihazla önlənəcək

Fransanın paytaxtı Parisin qəsəbəsi Bobiqnidə start götürən və tezliklə digər bölgələrə də yayılan bu ideya qadına qarşı zorakılığı qabaqlayacaq kimi görünür. Son olaraq Strasburqda 46 yaşlı qadın ona verilən özəl telefon cihazı ilə həbsxanadan çıxmış ərinin hücumundan sağ-salamat qurtulmuşdu. Belə ki, bu cihaz sayəsində sadəcə bir kiçik zəng belə kifayət edir ki, qadının yeri təsbit edilsin və polis işçiləri, media mənsubları, məhkəmə işçiləri çox keçmədən onun yanında olsunlar.

Qadınlar bu xüsusi telefon cihazları üçün müraciət etdikdən sonra qısa müddət ərzində istəklərinə nail ola bilirlər. Cihazlar əvvəlcə 6 ay müddətinə verilir. Sonradan bu müddət uzadıla da bilir.

Ölkədə hər 10 qadından biri əri və ya sevgilisi tərəfindən döyülür, öldürülür. 2009-cu ilin araşdırmasına görə, ölümlərin 13 %-i cütlüklər arasında yaşanan söz-söhbətdən sonra meydana çıxır.

Gözəl bir evdə davakar bir qadınla oturmaqdansa, tavan arasında tək başına oturmaq daha yaxşıdır.

Günel Həbib

O.M.