Bu plyajda qum yerinə şüşə var

Bu plyajda qum yerinə şüşə var

7 Sentyabr 2011 11:10
Bəyəndim (0) Bəyənmədim (0)
Təbiət zibillikdən məşhur plyaj yaratdı

Kaliforniyanın rəngbərəng şüşələrdən ibarət olan "Glass Beach" plyajı əsrarəngiz gözəlliyə malikdir. Bu, təbiətin əvvəlcə məğlub olduğu, daha sonra isə sahib çıxdığı durumlardan biridir. Əvvəlcə zibillik kimi istifadə edildi. İnsanlar əllərinə nə keçirdisə bura atırdılar. Hətta köhnəlmiş avtomobillər belə bu zibilliyin bir parçası idilər. 1967-ci ildə ərazi kontrol altına alındı və zibillik birdəfəlik ləğv edildi. 30 il öncə bütün zir-zibillikdən təmizlənərək, indiki vəziyyətə gəldi. Təbiət ağlasığmaz bir şey gerçəkləşdirdi. Zibillikdən hazırda dünyanın ən məşhur plyajlarından biri olan "Glass Beach"i ortaya çıxartdı. Və hər kəsin fikrində eyni sual canlanırdı: "Zibillikdən bu şah əsər çıxa bilərdi?"

Bağa baxarsan bağ olar, baxmarsan dağ olar.

Günel Həbib

O.M.