Qeyri-adi muzeyin yeni "sakini"

Qeyri-adi muzeyin yeni "sakini"

14 Aprel 2011 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

"Daily Mirror"un xəbərinə görə, 15 il əvvəl Sigurdur Hjartarson adlı bir islandiyalı tərəfindən açılan və hələ də balinalardan dəniz ayılarına qədər - 276 canlının cinsiyyət orqanlarının sərgiləndiyi muzey keçən həftədən etibarən ilk dəfə insan "orqanına" da ev sahibliyi etməyə başladı. Ötən həftə dünyasını dəyişən Pal Arason adlı 95 yaşlı qocanın bağışladığı "orqanı" xüsusi bir əməliyyatla kəsilib, kimyəvi maddələrlə qoruma altına alındıqdan sonra muzeydə sərgilənməyə başladı. Hjartarson Pal Arasondan tam 15 il əvvəl bir vəd almışdı: "Bu gün üçün tam 15 il gözlədim və nəhayət ki, xəyallarım gerçək oldu" , - dedi.

Onu da qeyd edək ki, məkandakı ən böyük "orqan" "ispermeçet" balinasına aiddir. Onun hündürlüyü 1.70 sm-dir.

İslandiyanın kiçik balıqçı qəsəbəsi Husavikdə olan "Falloloji Muzeyi" 15 il əvvəl açıldı. Qeyri-adi muzeyin sahibi Sigurdur Hjartarson bu fikrə buğa "orqanından" hazırlanaraq ona bağışlanmış qamçıdan sonra düşdüyünü söyləyir. Və beləliklə də o, dostlarının ona bağışladığı balina "orqanı" ilə muzeyinin ilk təməlləri atıb.

Nə deyəsən beləsinə?.. Muzeyi gözünə girsin, elə eksponatları ilə birlikdə.

Günel Həbib

O.M.