“Poula" butikin  tanıtım dəfiləsi

“Poula" butikin tanıtım dəfiləsi

9 Sentyabr 2016 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gün əvvəl Bakıda restoranların birində "Poula" butikinin tanıtım dəfiləsi təşkil olundu. Tədbirin təşkilatçısı və aparıcısı Fidan Əliyevanın təşəbbüsü ilə gerçəkləşən möhtəşəm dəfilə nümayişində gənc modellər və gənc müğənnilər adıçəkilən butikin mövsümə uyğun ən gözəl geyimlərini podiumda göstərdilər. Tədbirdə mədəniyyət və incəsənət nümayəndələri də iştirak edirdi. Qeyd edək ki, layihənin rəhbəri Fidan Əliyeva "Space" televiziya və "104 FM" radiosunun aparıcısıdır. Tədbirin digər təşkilatçıları AzTv-nin əməkdaşı Emil Kərimov və jurnalist Yeganə Bağırova idi.

İsa Rəvan