Çin işgəncəsi

Çin işgəncəsi

14 Aprel 2011 11:39
914
Bəyəndim (0) Bəyənmədim (0)

Ən sıravi əşyalardan biri olan açarlıq (brelok) heyvanlara əziyyət etmə vasitəsinə çevrildi.

Çində canlı kərtənkələ, tısbağa və balıqların içinə qoyulduğu açarlıqlar böyük maraq görməkdədir. Açarlıqların istehsalı zamanı canlı heyvanlar kiçik plastik paketlərə qoyulur. Ancaq heyvanların qısa müddətdə ölməsi belə bu əşyaya olan marağı azaltmır. Çində metro stansiyaları və səkilərdə satılan açarlıqlar ümumiyyətlə, su tısbağası və ya iki kiçik balıqdan ibarət olur. Məhsulu alan müştərilərin əksəriyyəti onun özlərinə "şans gətirəcəyinə" inanır.

Açarlıqlara olan maraq hər gün artarkən, heyvansevərlərin reaksiyası da eyni zamanda böyüyür. Heyvan hüquqları qoruyucularından biri olan Qin Xiaona, "Bir canlını zövqə görə bağlı bir sahəyə qoymaq insanlıqdan uzaq bir davranışdır. Və heyvanlara pis rəftar mənasını verir. Bunun dayandırılması istehlakçıların əlindədir. Əgər o açarlıqlar alınmazsa, bu bazar çökər", - deyə etirazını bildirdi.

Çində gedərək "dəlilik" halına gələn və saysız heyvanın oksigensizlikdən həyatını itirdiyi açarlıqların bir ədədi1.5 dollardan satılır.

Həqiqətən də insan heyvanların ən yırtıcısıdır...

Günel Həbib

O.M.