Səbirli insanlar özlərini bu cür sınaya bilərlər

Səbirli insanlar özlərini bu cür sınaya bilərlər

1 Sentyabr 2011 12:05
Bəyəndim (0) Bəyənmədim (0)
Dünyanın ən böyük "puzzle"ı

Nyu-Yorkdakı oyuncaq sərgisi dünyanın ən böyük "puzzle"na" ev sahibliyi edir. Ağırlığı 19 kq, hündürlüyü 5.18 metr, eni isə 1.80 metr, 32.256 parçadan ibarət olan "puzzle" "Keçmişə cüt baxış" adlanır. Amerikalı Keyt Harinqin 32 ayrı-ayrı əsəri burada bir araya gəlir.

2010-cu ildə dünyanın ən böyüyü olaraq "Ginnes"ə düşən "düzəlt-poz" 235 avro dəyərindədir. Lakin bu günə kimi onu tamamlayan kimsə tapılmayıb. "Puzzle" 13-16 fevral arasında səbirli ziyarətçilərin yolunu gözləyəcək.

Kimi düzəldib pozur, kimin də pozub düzəldir.

Günel Həbib

O.M.