19 yaşında, 2.10 m boyunda, 130 kilo ağırlığında gənc qız

19 yaşında, 2.10 m boyunda, 130 kilo ağırlığında gənc qız

14 Aprel 2011 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Tailandda 19 yaşlı gənc qız görənlərin marağına səbəb olur. Malee Duanqdee adlı qız öz yaşıdlarından qat-qat iri gövdəli olması ilə seçilir. Qızın 19 yaşı olmasına baxmayaraq, 2 metr 10 sm boya sahibdir. Həkiminin verdiyi məlumata görə, qızın günü-gündən böyüməsinin səbəbi beynində olan şişdir. Beyindəki şiş gənc qızın bədənindəki hormonların durmadan artmasına səbəb olur. Nəticədə, qızın boyu və bədəni sürətlə böyüyür. Hazırda 130 kilo ağırlığında olan qız yeriməkdə çətinlik çəkir.

Uzun boy, qədd-qamət həmişə gözəlliliyin göstəricisi olmur. Bu baxımdan elə çirkin olmaq yaxşıdır.

Hafiz Əhmədov

O.M.