3 min nəfəri doyuzduracaq dönər hazırlandı

3 min nəfəri doyuzduracaq dönər hazırlandı

29 Avqust 2011 14:05
Bəyəndim (0) Bəyənmədim (0)
Türk dönərinə ərəb rekordu

Türkiyənin ən məşhur "fast-food"u indi də Orta Şərqə yayıldı. Belə ki, dünyanın ən böyük dönərini nə türk dönər ustaları düzəltdi, nə də ki, dönər Türkiyədə düzəldildi, nə də türklərin çoxlu sayda yaşadığı Avropada. Milyonlarla türkün yaşadığı Almaniya, Fransa, İngiltərənin hər küçəsində türk dönərlərinə rastlanarkən, rekordu ərəblərin qırması diqqət çəkdi. Dubaydakı "Doner Restaurant"da düzənlənən tədbirdə hazırlanan türk dönərinin ağırlığı haradasa yarım ton idi. 468 kq-lıq ətdən düzəldilən dönəri 15 ərəb usta düzəltdi və "Ginnes"ə düşməyi bacardı. 295 sm. uzunluqda olan dönərin eni isə 60 sm. idi. Restoranın rəhbəri Rana Abdulla bu dönəri 3000 nəfərə paylayacaqlarını vurğuladı: "Bu müqəddəs ayda dönər kasıb insanlara paylanacaq. 3 min nəfəri doyuzduracaq. Xüsusi ədviyyatlarla hazırlanan dönərlər bölgədə çox bəyənilir. Biz də onu türk sayağı servis edirik. 6 metrlik sobada bişirilən dönərə 7 min vatlıq elektrik enerjisi lazım olub".

Dönər bol olarsa, basılmaz vətən.

Günel Həbib

O.M.