Ölümdən sonrakı həyat...

Ölümdən sonrakı həyat...

13 Aprel 2011 15:43
1 472
Bəyəndim (0) Bəyənmədim (0)
Mütəxəssisdən eşidin!

"Sabahın sedası" proqramının hazırda qonağı olan Ömər Çelakıl maraqlı açıqlamaları ilə həmişə olduğu kimi, bu dəfə də tamaşaçıları ekrana kilidləyə bildi. "Qurani Kərim"in sirlərini, şifrlərini çözən mütəxəssis ölümdən sonrakı həyatdan danışıb:

- Quranın "Qiyamət" surəsinin 26-28-ci ayələrində deyilir ki, insan ölümünün yaxınlaşdığını hiss edər. Bəzi hallarda sağlam və ya xəstə birinin boş stulla söhbətləşdiyi görülür. Səhəri gün xəbər çıxır ki, həmin insan artıq dünyasını dəyişib. Bu kimi başqa hallar da yaşanarsa, deməli, o insanın son dəqiqələri yetişib. Yəni həmin insan Əzraili ilə söhbətləşir, ancaq real aləmdəkilər bunun fərqinə belə varmırlar.

Mənə gələn məktublarda əsasən xəstəxana şəraitində müalicə alanlar narkoz aldıqdan sonra başqa bir aləmə düşdüklərini yazırlar. Onlar deyirlər ki, narkozdan sonra özümüz-özümüzü yuxarıdan asanlıqla görə, ətrafımızdakıları da eşidə bilirik. Sonradan aparılan araşdırma göstərir ki, həqiqətən onlar narkoz aldıqdan sonra huşsuz olduqları halda otaqda baş verənlərdən xəbərdar olurlar. İndi elm adamları bu məsələ üstündə baş sındırırlar. Mən də dayanmadan işləyirəm. Ehtimalıma görə, bütün bunlar ölümdən sonrakı həyatın nişanəsidir. Əgər bir insan qulağı olmadan eşidirsə, gözü olmadan görürsə, beyni olmadan yaşayırsa, deməli, o dünyada da həyat vardır!

Dünyadan köçmüş insanın ruhu evi 40 gün tərk etmir. Bu, həqiqətən belədir. Ruh uzun illər yaşadığı evi birdən-birə tərk edə bilmir. Onun evdən getməsi üçün müəyyən müddət - 40 gün tələb olunur. Yalnız bu müddətdən sonra artıq ruh öz evini tərk edir.

Cansız əşya ilə danışmağa başlayan adam görsəniz, dərhal hökm çıxarmayın ki, o mütləq öləcək. Axı havalanan adamlar da bunu edirlər...

Günel Şahməmmədova

O.M.