Oranqutan islanmış dəsmalla bu cür sərinlədi

Oranqutan islanmış dəsmalla bu cür sərinlədi

26 Avqust 2011 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyada hədsiz istilərdən canını qurtarmaq üçün bir oranqutan son çarəni islanmış dəsmalda tapdı. Tama zooparkında çəkilən bu rəsmdə heyvan eyni ilə insan kimi əlini və üzünü islanmış dəsmal ilə silərkən görüntülənir. Dəsmalını digər kiçik oranqutana vermək istəməyən qəhrəmanımızın videosu "YouTube"də istifadəçilər tərəfindən hər saniyə izlənməkdədir. Sadəcə Yaponiyada 123 min nəfər videonu izləyib.

Onu da qeyd edək ki, oranqutanların ən böyük özəlliyi zəkalarını xeyli inkişaf etməsidir.

Meymun var ki, bəzi insanlardan daha ağıllıdır.

Günel Həbib

O.M.