Facebook başına bəla oldu...

Facebook başına bəla oldu...

14 İyul 2016 08:46
Bəyəndim (0) Bəyənmədim (0)

Londonda yaşayan Cemma Rocersin başına facebook ucbatından qəribə iş gəlib. Belə ki, 30 yaşlı qadın 2008-ci ildə özünə saxta profil açıb. Cemmaroid fon Laalaa adlı profil açan Cemma daha sonra sosial şəbəkə rəhbərliyi tərəfindən sorğu atəşinə tutulub.

Saxta profillərin bağlanacağı xəbərdarlığını nəzərə alsaq, bu, gözlənilən addım idi. 2015-ci ilin iyununda gənc qadından facebookdakı ad və soyadının həqiqi olmasını təsdiqləməsi üçün sənəd tələb ediblər.

Səhifəsinin bağlanacağından qorxan qadın isə bank kartlarının üzərinə saxta profilindəki adı qeyd edərək, onlara yollayıb. Təbii ki, sosial şəbəkə rəhbərliyi onun yalan danışdığını müəyyən edərək, səhifəsinə girişi qadağan edib.

Bütün cəhdlərinə baxmayaraq, onun səhifəsi bərpa olunmayıb və gənc qadın çıxış yolu olaraq adını saxta profilindəki kimi dəyişib. O, bank kartlarında, sürücülük vəsiqəsində və qalan bütün sənədlərində fon Laalaadır. Lenta.ru saytının xəbərinə görə, Laalaa hələ də öz səhifəsinə girə bilmir: "Mən bütün şəkillərimi, paylaşımlarımı, informasiyalarımı, eləcə də dəyərli xatirələrimi itirdim".

Facebookdan isə ona bildirilib ki, onun problemini əvvəlki kimi araşdırırlar.

Mediainfo.az