Azərbaycan hansı klimatik zonaya aiddir?

Azərbaycan hansı klimatik zonaya aiddir?

11 İyul 2016 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən Azərbaycan Respublikasının hansı klimatik zonaya aid olması haqqında araşdırma aparılıb.

Apa-nın AEM-in saytına istinadən verdiyi xəbərə görə, araşdırma zamanı ölkə üzrə temperatur və rütubət göstəricilərindən istifadə olunub.

Araşdırma zamanı orta illik temperatur göstəricisinin 14,8°C, su buxarının orta parsial təzyiqinin 12,08hPa olduğu müəyyən edilib: "Ümumdünya Səhiyyə Təşkilatının 2009-cu il 953 №-li Texniki Hesabatına Əlavə 1-də əks olunmuş Klimatik Zonalar üzrə kriteriyalarına əsasən temperatur göstəricisinə görə ölkəmiz 1-ci və su buxarının orta parsial təzyiqinə görə 2-ci Klimatik Zonaya aiddir. Respublikamızda dərman vasitələrinin əsas saxlanma və paylanma ərazisi Bakı şəhəri olduğunu nəzərə alaraq, paytaxt üzrə illik orta temperatur göstəricisi hesablanıb və 16,11°C olduğu müəyyən edilib. Yuxarıda qeyd edilənləri nəzərə alaraq əldə edilən nəticələrə əsasən ölkəmiz 2-ci Klimatik Zonaya daxildir".

Mediainfo.az