Alimlər canlı orqanizmləri hesablayıblar

Alimlər canlı orqanizmləri hesablayıblar

24 Avqust 2011 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bioloqlar hazırda təbiətdə olan bütün canlı orqanizmləri sayıblar. Hesabat "PLoS Biology"da dərc olunub.

Alimlərin hesablamalarına görə, planetdə 8,7 milyon növdə canlı orqanizm var və onların 7,7 milyonu heyvanlardır. Araşdırma zamanı alimlər yalnız hüceyrələrində nüvə olan orqanizmləri, yəni eukariotları nəzərə aldıqlarından "siyahıyaalma"ya arxeyalar və bakteriyalar düşməyiblər. İndiyədək planetdə canlı orqanizmlərin sayının 3-100 milyon arası olduğu güman olunurdu. Yeni araşdırma onu da göstərir ki, quruda yaşayan orqanizmlərin 86, suda yaşayanların isə 91 faizi hələ də kəşf olunmayıb. Alimlər hesab edirlər ki, indiyədək naməlum olan canlı orqanizm növlərinin kataloqlaşdırılması üçün ən azı 480 illik intensiv tədqiqatlar gərəkdir.

Elm inkişaf etdikcə bir çox sirlərin üstü açılır.

Günel Həbib

O.M.