Ağcabədidə 2 başlı buzov doğulub

Ağcabədidə 2 başlı buzov doğulub

24 Avqust 2011 13:46
735
Bəyəndim (0) Bəyənmədim (0)

Ağcabədi rayonunda qəribə hadisə baş verib. Rayonun Aşağı Ovşar kəndində Amil Rüstəmova məxsus fermada inək 2 başlı buzov doğub. Fermerin ANS PRESS-ə verdiyi məlumata görə, 2 inəyin özü çox çəkməyib ki, tələf olub. Lakin buzovun vəziyyəti normaldır. O, hər iki ağzını ilə qida qəbul edə bilir. Lakin bir ağzı ilə qidalanan zaman, digər ağzı ilə qida qəbul edə bilmir. Fermer Amil Rüstəmov buzovun çox yaşaya bilməyəcəyindən ehtiyatlanır. Qeyd edək ki, buzova hələlik süd verirlər. Buzovun baytara göstəriləcəyi planlaşdırılıb.

Başı başına bəla oldu.

Tofiq Əliyev

O.M.