Gələn həftənin ulduz falı

Gələn həftənin ulduz falı

3 İyul 2016 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Oğlaq - vəziyyət kökündən dəyişir. Bu vaxt gələcək üçün planlar qura, həftənizin yekunlarını analiz edə bilərsiniz. Həm özünüzün, həm ətrafınızdakıların hərəkətlərini düzgün qiymətləndirir, nə onların günahını öz üzərinizə götürür, nə də məsuliyyəti başqalarının üstünə atırsınız.

Dolça - bu həftə daha yaxşıdır, amma o qədər də parlaq deyil. Emosional fon gərgindir, əhvalınız dəqiqəbədəqiqə dəyişir, heç özünüz də bilmirsiniz, nəyə sevinir, nəyə kədərlənirsiniz. Günorta ünsiyyət üçün ən çətin vaxtdır, özünüzdən baş açmadığınız üçün də ətrafınızdakılarla mübahisələr edirsiniz.

Balıqlar – dövrün yarısı münasibətlərin yaxşılaşdırılması, şəxsi problemlərin həlli üçün daha yaxşıdır. Yaxınlarınızı əla başa düşür, sizə əziz olanları sevindirmək üçün imkan tapırsınız. Alış-veriş, yaxud birlikdə hədiyyə hazırlamaq üçün əla vaxtdır.

Mediainfo.az