Bu otelin bir otağı 800 min dollardır

Bu otelin bir otağı 800 min dollardır

23 Avqust 2011 13:25
Bəyəndim (0) Bəyənmədim (0)
Dünyadan bu məkana yemək-içmək daşıyacaqlar

"Orbital Technologies" adlı rus şirkəti kosmosda 4 otaqlı otel inşa edir. 2016-cı ildə qırmızı lenti kəsiləcək və sadəcə ticarət məqsədi ilə istifadə ediləcək olan bu məkan dünyadan 350 km uzaqlıqda olacaq. Şirkətdən verilən məlumata görə, bu oteldə 5 günlük qonaqlamanın qəbzi 160 min dollar olacaq. Və gediş-gəliş xidmətləri də daxil olmaqla ümumilikdə müştəri 800 min dollarını gözdən çıxarmalıdır. Geniş və mənzərəsi gözəl olan otelin yeməkləri dünyadan aparılacaq, mikrodalğalı sobada isidildikdən sonra müştərilərə təqdim olunacaq. Səlahiyyətli Sergey Kostenkonun verdiyi bilgilərə görə, otelin cəmi 4 otağı olacaq və 7 müştərini qəbul edə biləcək. Müştərilər uzadılmış və ya ayaq üstə olan yataqlardan birini tərcih edəcəklər. Tualet və vanna otaqlarında su yerinə havadan istifadə ediləcək. Hər cür meyvə suyunun və çayın təqdim ediləcəyi oteldə spirtli içkilər yasaqlanacaq.

İnsanlar artıq kosmosdan da qazanc mənbəyi güdürlər.

Günel Həbib

O.M.