Hazırkı dəb "çılpaq" əsər oxumaqdır

Hazırkı dəb "çılpaq" əsər oxumaqdır

23 Avqust 2011 13:23
Bəyəndim (0) Bəyənmədim (0)
Nyu-York, London və Kopenhagen dinləyiciləri seanslara qatılırlar

Nyu-York sənət dünyasında yeni dəb: çılpaq kitab oxuma seansları!

Manhettenin lüks Qrinviç-Villeçindəki bir klubda toplanan "Naked Girls Reading"in (Çılpaq Qızların Oxuma Qrupu) üzvləri ayda bir dəfə bu seansları həyata keçirirlər. Xalatları ilə kluba gələn 4 model əsasən gənc cütlüklərdən ibarət olan izləyicilərin qarşısında soyunurlar. Şərablarından içdikdən sonra "yüksək ədəbiyyatın" dadını çıxartmaq istəyən dinləyicilərinə Şekspir, Oskar Vayld, Henrik İbsenin əsərlərindən qısa bölümlər oxuyurlar.

Bu modellər teatrın professional aktrisaları arasından seçilir. Bu qrupu 2009-cu ildə quran Mişel Lamor ədəbiyyat vurğunudur.

Nyu-Yorkdan əlavə, Kopenhagen və Londonda da analoji "çılpaq" oxuma günləri təşkil edilir.

Yəqin, bütün Nyu-York kişiləri kitab oxumaq həvəsinə düşəcəklər.

Günel Həbib

O.M.