"Apple"dən yeni funksiya

"Apple"dən yeni funksiya

23 Avqust 2011 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyadakı "iPhone" istifadəçiləri digərlərindən - elə bizdən də fərqlənəcək. Çünki şirkət tərəfindən onların telefonuna avtomatik bir sistem qoşulacaq və bu sistem ən kiçik zəlzələni belə öncədən bütün istifadəçilərinə xəbər verəcək. Ancaq "Apple"ın bu yeni özəlliyi telefonun şarjını əvvəlkinə nisbətən azaldacaq.

Onu da xatırladaq ki, Yaponiyada yaşanan zəlzələ və sunamidən 16 mindən artıq insan ölmüşdü. Və elə bu səbəbdən "Apple"ın qurucusu Stiv Cobs dargözlülərə kömək edəcəyini vəd etmişdi.

Günel Həbib

O.M.