Nişan mərasimində onlara zombi hücum etdi

Nişan mərasimində onlara zombi hücum etdi

22 Avqust 2011 13:57
Bəyəndim (1) Bəyənmədim (0)

Kaliforniya ştatında bir cütlük nişan mərasimlərinə zombi tərəfindən hücum edilməsini və onların zombini öldürmələrini mövzu edən foto-sessiyaya imzalarını atdılar. Bununla da dünyanın ən qəribə nişan fotoları onlarınkı oldu. Qurulan ssenariyə görə, bir təpədə piknik edən cütlüyə arxadan yaxınlaşan zombi gələcək bəyi öldürmək istəyir. Ancaq gələcək gəlin onu kürəklə vurub öldürərək, sevgilisinin həyatını qurtarır.

Nişan mərasiminin fotolarını çəkən Amanda Riyanda bununla fərqlilik yaratmaq istədiklərini söylədi. Cütlük çox əyləndikləri üçün bu vəziyyəti toylarında da təkrarlamaq, dəvətliləri həyəcanlandırmaq istədiklərini açıqlayıblar.

Camaata qorxu içində zövq verirlər.

Günel Həbib

O.M.