Dünyanın ən yüksək hoteli tikildi

Dünyanın ən yüksək hoteli tikildi

4 Aprel 2011 00:09
Bəyəndim (0) Bəyənmədim (0)
490 metr hündürlükdəki hotel Honq-Konqda açıldı

Çinin Honkonq şəhərinin mərkəzində yerləşən "Ritlz-Carlton Hotel"i 2008-ci ildən bu yana müştərilərinin gözünü yolda qoymuşdu. Nəhayət ki, cari ilin 29 mart günü möhtəşəm açılışla fəaliyyətə başladı.

Beynəlxalq ticarət mərkəzinin episentrində yerləşən hotel 360 dərəcəlik ponaramaya malikdir. Məkan çox sayda hotellərlə dolu olub, Honkonqun gecəsi 770 ABŞ dollarından başlayan ən bahalı mehmanxanasıdır. Burada gecəsi 9500 dollar olan 312 otaq da var. Hotel eyni zamanda uzunluğu 930 metr olan ən böyük rəqs salonuna malikdir.

Nəzərinizə çatdıraq ki, 2014-cü ildə Şanxayda 600 metrlik "J-Hotel"in açılması ilə indiki rekordçu "ən yüksək hotel" adından məhrum olacaq.

O.M.