Şam işığında milyonlarla almaz parçası var imiş

Şam işığında milyonlarla almaz parçası var imiş

19 Avqust 2011 11:27
Bəyəndim (0) Bəyənmədim (0)
Mütəxəssislərin yeni kəşfi

Şam işığının milyonlarla kiçik almaz ehtiva etdiyi kəşf edildi. Mütəxəssislərə görə, şam yanarkən kiçik almaz da onunla birlikdə yanır. Məhz bu kəşf almaz istehsal etmək üçün insanların qarşısında yaşıl işıq yandıra bilər. Şotlandiyanın ən böyük şam istehsalçılarından olan "Shearer" şamlarının rəhbəri Rozey Barnet bu həyəcan verici kəşfdən sonra insanların şama olan münasibətinin, baxışının dəyişə biləcəyindən söz açdı.

Belə getsə, şamın qiyməti qalxacaq.

Günel Həbib

O.M.