Saçlarını darayarsa, öləcək

Saçlarını darayarsa, öləcək

19 Avqust 2011 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Şotlandiyada yaşayan 13 yaşlı Meqan Stevard dünyanın ən qəribə xəstəliyinin cənginə keçdi. Gənc qız hər dəfə saçlarını daradığında və ya şarlara toxunduğunda ortaya çıxan sabit enerjiyə görə ölüm təhlükəsi ilə burun-burunadır. 6-cı sinfə gedərkən saçları anası tərəfindən daranan və bu zaman yerə yıxılan Meqanın xəstəliyi özünü ilk dəfə bu cür göstərmişdi. Anası Şaron Stevard, "İflic olduğunu düşündük, təcili yardım çağırdıq. Həkimlər bu xəstəliyin dünyada Meqandan başqa daha bir nəfərdə olduğunu söylədilər", - dedi. Bu narahatlığa artıq öyrəşən Meqan saçlarını nəmli halda və ya uzanaraq darayır.

Günel Həbib

O.M.