Qır-qızıllı, platinli ev!

Qır-qızıllı, platinli ev!

18 Avqust 2011 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən bahalı evi tikilib. İsveçrənin Drakuvati bölgəsindəki bu binanın tikintisinə 12,2 milyard dollar xərclənib. İnşa zamanı 2090 ton qızıl və platindən istifadə olunub. Evin sifarişçisi və sahibinin adı çəkilmir.

"ExklusivHaus" şirkətinin memarı Stüart Hyuzun rəhbərliyi ilə tikdiyi ev Suq gölünün sahilində, 2442 kvadrat metrlik ərazidə yerləşir.

Malikanənin otaqlarının sahəsi 752 kvadrat metrdir. Eyvan 388, şərab anbarları isə 245 kvadrat metrdir. Binanın 4 maşınlıq qarajı və zirzəmisi var.

Malikanənin tikintisi zamanı 200 kiloqram qızıl və platindən istifadə olunub. Döşəmələr meteorit daşları və 65 milyon il əvvəl yaşamış tiranozavr sümükləri ilə bəzədilib.

Varlığa nə darlıq.

Günel Həbib

O.M.