Ər idi, iki ay sonra arvad oldu

Ər idi, iki ay sonra arvad oldu

17 Avqust 2011 17:06
Bəyəndim (0) Bəyənmədim (0)
“Əlvida ərim, xoş gəldin arvadım”

ABŞ-ın Şimali Karolina ştatında yaşayan Diana Daniel əri Wesselle 2003-cü ildə sevgililər günündə tanış olmuşdu. Bir il bərabər yaşadıqdan sonra cütlük ailə həyatı qurur. Ancaq bu xoşbəxtlikləri sadəcə iki ay çəkir. Wessel 2 ay sonra arvadına bundan sonra qadın kimi yaşamaq istədiyini deyir. Bundan təəccüblənən Diana bir müddət razılığa gəlməsə də, daha sonra həyat yoldaşı ilə birlikdə müalicəyə getməyə başlayır. Ancaq kişi qərarından dönmür.

Diana indi qadın kimi geyinən, cinsiyyət orqanını dəyişdirmə əməliyyatı üçün hazırlanan və Lina adını alan əri ilə yaşayır.

Diana yaşadıqlarını "Əlvida ərim, xoş gəldin arvadım" adlı bir kitabda qələmə alıb.

Görəsən, o evdə bir kişi var?!

Tofiq Əliyev

O.M.