Dünyadakı bütün toxumlar bu anbarda mühafizə edilir

Dünyadakı bütün toxumlar bu anbarda mühafizə edilir

16 Avqust 2011 12:46
Bəyəndim (0) Bəyənmədim (0)
Qiyamət qoparsa, insanlıq yaşayacaq!

Əfsanəyə görə, güclü tufan zamanı Nuh Peyğəmbər hər bir canlıdan bir cütünü gəmisində saxlamış və beləcə, dünya var olmuşdur. 1983-cü ildən bu yana Norveçdə start verilən "Qlobal Toxum Deposu" sayəsində dünya dağılarsa, Nuhun gəmisi əfsanəsi real ola bilər.

Ölkənin Spitsbergen adasında buzlağa oxşayan bir dağın 130 metr dərinliyində anbar inşa edilib. 9 milyon dollara ərsəyə gətirilən "Savlbard" 2008-ci ilin martın ayından bu yana fəaliyyət göstərməkdədir. Divarları atom bombalarına belə dayanıqlı olan bu anbarda dünyada hər hansı bir fəlakət yaşandıqdan sonra insanlığın nəslini davam etdirmək üçün dünyanın dörd bir yanından gətirilən 4 milyon fərqli toxum var.

Beynəlxalq Əkinçilik Araşdırması İnstitutu tərəfindən təşkil edilən, təxminən 100 ölkədən gətirilən "bitki geni bankları" Qiyamət Anbarında mühafizə edilir (Doomsday Voult). 4.5 milyon toxum nümunəsini saxlaya bilən anbar daha sonra yenidən meyvə-tərəvəz nümunələri ilə doldurulacaq. Bəzən bu məkanda toxumların 1000 il yaşaya bilməsi üçün hava temperaturu mənfi 18 dərəcəyə kimi salınır. Anbarın illik xərclərini isə Amerika, İngiltərə, Almaniya, İsveçrə və Kanada da ödəyir. Hətta "Microsoft"un prezidenti Bill Geyts də bu işdə könüllüdür.

Qulağa bir elm ssenarisi kimi gələn bu xəbər qlobal istiləşmənin təxmin ediləndən də yaxın bir vaxtda baş tutacağını göstərir...

Günel Həbib

O.M.