"Svarovski" daşlarla bəzədilmiş ən bahalı örtük

"Svarovski" daşlarla bəzədilmiş ən bahalı örtük

15 Avqust 2011 14:16
1 145
Bəyəndim (0) Bəyənmədim (0)
Onun qiyməti 40 min Amerika puludur

Las-Veqasdakı bir aksessuar mağazasında dünyanın ən bahalı və ən böyük örtüyü (kabra) təqdim olundu. Bu və digər "iPhone" telefon örtükləri "Miracle Miles Shops" adlı mağazada "Svarovski" daşlarla bəzədilmiş halda satılır.

Dünyanın ən bahalı örtüyü ünvanına sahib olan bu örtük eyni zamanda hündürlüyü ilə də fərqlənir. Hardasa bir insan boyunda olan aksessuar "iPhone 4" maketinin üstündə sərgilənir. 300-dən artıq daşlarla bəzədilmiş örtüyün qiyməti isə 40 min dollardır.

"Svarovski" daşlarla bəzədilmiş hər hansı bir örtüyü alıcılar buradan əldə edə bilərlər. Lakin haqqında bəhs etdiyimiz örtük yalnız dizayn kimi istifadə edilə bilər. Ondan başqa heç bir işə yaramaz. Bu örtükdən yalnız bir ədəddir və dahası istehsal olunmayacaq.

Günel Həbib

O.M.