Bu qoyunun qiyməti 153.360 dollardır

Bu qoyunun qiyməti 153.360 dollardır

15 Avqust 2011 13:20
Bəyəndim (0) Bəyənmədim (0)

Şotlandiyada yaşayan irlandiyalı təsərrüfatçı Den Taynan sahib olduğu bir qoyunu 153.360 dollara satıb. Mayfayr Evans adlı şəxsin aldığı qoyunun "Suffolk" cinsindən xüsusi bir qoyun olduğu bildirilir. Təsərrüfatında olan digər qoyunlarla cütləşdirmək üçün bu qoyunu aldığını deyən Evans xərclədiyi pulu gələcəkdə artıqlaması ilə çıxaracağını bildirib. Təsərrüfatçının hesablamasına görə, həyatı boyu 100 döl verən "Suffolk" qoyunu ona 1 milyon 420 min dollar pul qazandıracaq.

Saxla "samanı", gələr zamanı.

Günel Həbib

O.M.