Ölən ərinin küllərini yeyir

Ölən ərinin küllərini yeyir

12 Avqust 2011 13:31
792
Bəyəndim (0) Bəyənmədim (0)

Çox sevdiyi əri öldükdən sonra onun cəsədini yandıran və küllərini yığan qadın hər fürsətdə onun küllərindən yeyir. Artıq vərdiş etmiş qadın müalicə almaq istəyir.

İngiltərənin "TLC" kanalında yayımlanan "Qəribə vərdişlərim" adlı realiti şouya qatılan 26 yaşlı Cesi ərinin küllərini yanından ayırmadığını söyləyib. Bundan başqa, o, hər fürsətdə barmağını külə batırıb, ağzına qoyduğunu, daha sonra isə yediyini etiraf edib. 2 ay öncə astma xəstəliyindən vəfat edən ərini unuda bilməyən Cesi görün nələr danışıb: "Bir gün küllərin olduğu qutunu yerə qoymaq istədim. Bu zaman bir qismi əlimə sıçradı. Əlimi yumaq istədiyim üçün ağzıma apardım. O gündən bu yana vərdiş halını aldı. Özümə qarşı çıxa bilmirəm".

Günel Həbib

O.M.