Çox gec tapıldılar, çox tez qeybə çəkildilər

Çox gec tapıldılar, çox tez qeybə çəkildilər

10 Avqust 2011 13:05
Bəyəndim (0) Bəyənmədim (0)
İbtidai qəbilə yox oldu

Amazonda tapılan son ibtidai qəbilə narkotik mafiyasının hücumlarına məruz qalınca ortadan yox oldu. Braziliyanın sıx Amazonunda yaşayan, bu ilin başlanğıcında tapılan və son ibtidai qəbilə olduğu düşünülən "keşmişdə qalan insanlar" izlərini itirdilər. Xarici dünya ilə heç vaxt münasibət qurmayan 200 nəfərdən ibarət qəbilə özləri də bilmədən braziliyalı qanun keşikçilərinin qoruması altında yaşayırdı. Ancaq narkotik qaçaqçıları Perudan ölkəyə narkotik keçirmək üçün bu yoldan istifadə etmək qərarına gəldilər. Və beləcə, qəbiləni qoruyan polisləri öldürməyə başladılar. Bu hücumlardan sonra səlahiyyətlilər hələ genləri, kökləri belə təsbit edilməyən qəbilənin yaşayış yerini dəyişdiyini vurğuladılar. Onlar, "Deyəsən, qaçaqçıları qəbilə üzvləri öldürüb", - dedilər.

Keçmişi qoru gələcəyi qur.

Günel Həbib

O.M.