Yenidən bakirə olmaq istəyən qadınların sayı hər gün artır

Yenidən bakirə olmaq istəyən qadınların sayı hər gün artır

9 Avqust 2011 15:58
Bəyəndim (0) Bəyənmədim (0)
Alman həkim bunun üçün 1000-3000 avro tələb edir

Tibb inkişaf etsə də, adət-ənənələr dəyişməz olaraq qalır. Almaniyanın ünlü həkimlərindən olan Stefen Günter ölkədə bakirəlik çılğınlığının yaşandığını bildirdi. Yenidən bakirə olmaq istəyən bir çox qadına yenidən bu xoşbəxtliyi bəxş etdiyini söyləyən Günter, "Qısa müddət ərzində 400 qadını yenidən bakirə etdik. Türkiyə, Fransa, İtaliya, Əfqanıstan, Yəmən və Hollandiyadan müştəri axını var. Tənqidlərə məna verə bilmirəm. Yenidən bu xoşbəxtliyi yaşayanların hisslərini sözə tökmək mümkün deyil", - deyə bildirdi.

Qiymətinə gəlincə, yenidən bakirə olmaq istəyənlər 1000-3000 avro arasında pul ödəməlidirlər. Müalicə müddəti isə 3-7 gün davam edir.

Günel Həbib

O.M.