Bu binada daha yüksəkdə yaşayanlar iftarlarını gec açmalıdırlar

Bu binada daha yüksəkdə yaşayanlar iftarlarını gec açmalıdırlar

8 Avqust 2011 15:29
Bəyəndim (0) Bəyənmədim (0)
Mərtəbəyə görə iftar saatı...

Keçən ilin dekabr ayında Dubayda təntənəli şəkildə qırmızı lenti kəsilən 828 metr yüksəklikdə, 160 mərtəbəli "Bürc Xəlifə" də Ramazan ayına ayaq uyduranlardandır. Belə ki, dünyanın ən yüksək binası olan "Bürc Xəlifə"nin üst qatlarında yaşayanlar aşağıdakılarla nisbətdə iftarlarını daha gec açacaqlar. Dubay səlahiyyətlisi Məhəmməd əl Qubaysinin dediklərinə görə, 80-ci mərtəbə və onun üstündə yaşayanlar şəhər üçün təyin olunan iftar vaxtından 2 dəqiqə, 150-ci mərtəbə və üstündə yaşayanlar isə 3 dəqiqə gec iftarlarını açmalıdırlar. Bunun səbəbi isə yuxarı mərtəbələrdə yaşayanların Günəşi daha çox gördüyü ilə əlaqələndirilir. Eləcə də təyyarədə olanlar və dağlıq ərazilərdə yaşayanlar da bu səbəbdən iftar masasına digərlərinə nisbətdə gec oturmalıdırlar.

Allah oruc və namazlarınızı qəbul etsin.

Günel Həbib

O.M.