"Facebook"un yaradıcısı zövqsüzlər siyahısına liderlik edir

"Facebook"un yaradıcısı zövqsüzlər siyahısına liderlik edir

5 Avqust 2011 16:58
1 231
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur "GQ" jurnalı dünyanın yüksək texnologiya şirkətlərinin ən zövqsüzlərinin siyahısını tərtib edib. "Facebook"un yaradıcısı Mark Zukerberq siyahının ən birinci zövqsüzü seçilib. M. Zukerberqin klassik pencəklər və cinslə geyindiyi qalstuklarına olan sevgisi xüsusi vurğulanıb. "GQ"-nin dəbli tənqidçiləri bildiriblər ki, sosial şəbəkənin təsisçisi cinslərin kiçik ölçüdə olmasını və klassik kostyumların tam şəkildə satılmasına diqqət yetirməlidir.

Anti-reytinqin ikincisi "Apple" şirkətinin təsisçisi Stiv Cobs olub. Onun "dəb günahı" geyimlərinin yeknəsəqliyində olub. Daha doğrusu, Cobsun qara boğazlı köynəyi, cins və idman ayaqqabıları nəzərdə tutulur.

Zövqsüzlərin üçüncüsü isə "Microsoft" şirkətinin yaradıcısı Bill Geyts seçilib. "GQ" onu magiya məktəbini bitirən Harri Porter adlandırıb. Jurnal yazır ki, "Armani"dən kostyum almaq imkanına malik Bill Qeyts bunun əvəzinə məktəb məzunlarının üslubunda olan geyimlər və ya müxtəlif rəngli və şəkilli jiletlər geyinməyə üstünlük verir.

İnsanı geyiminə görə qarşılayır, ağlına görə yola salarlar.

Tofiq Əliyev

O.M.