Bu onun axşam yeməyidir

Bu onun axşam yeməyidir

5 Avqust 2011 16:20
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərədə 23 yaşlı bir qız axşam yeməyini yedikdən sonra xəstəxanaya çatdırılması lazım gələn hamilə bir qadına çevrilir. Kerri Dovdşvel normal şərtlərdə arıqdır. Lakin axşam yeməyini yedikdən sonra hamilə bir qadına çevrilir. Şar kimi şişən mədəsi saatlar sonra əvvəlki vəziyyətini alır. Kerrinin bu vəziyyətini araşdıran həkimlər allergiya ilə bağlı bütün testlərdən neqativ nəticə əldə ediblər. Amma hələ ki, onun dərdinə dərman tapan tapılmayıb.

Dəfələrcə, "Hamiləsiniz?" - sualının ünvanına çevrildiyini söyləyən qəhrəmanımız, "Mən də cavab olaraq yox, o mənim axşam yeməyimdir", - deyir. O, tibbin tez bir zamanda onu bu problemdən azad edəcəyi günü gözləyir.

Çox vaxt əksinə olur. Hamiləliyi gizlədənlər kökəldiklərini deyirlər.

Günel Həbib

O.M.