Hamı "iri uşaq" gözləyirdi, amma...

Hamı "iri uşaq" gözləyirdi, amma...

4 Avqust 2011 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikalı Canet Conson normaldan daha böyük oğlan uşağı dünyaya gətirəcəyini bilirdi. Ancaq uşağın 7.2 kq ağırlıqda, 61 sm uzunluqda bir "nəhəng adam" olduğunu nə özü, nə də həkimlər təsəvvür edə bilmirdilər. Texas ştatında keysəriyyə yolu ilə oğlan uşağı doğan Canet xəstəxananın, bəlkə də ştatın ən böyük uşağını dünyaya gətirdi. Adını Ja Maykl qoyan valideynlər onun üçün qabaqcadan aldıqları paltarları bir qırağa atdılar. Hətta ona uyğun pampers belə tapılmadı. Xəstəxana personalı ona "Moose" (iri) ləqəbini verdilər. Hamiləliyi dövründə diabet xəstəsi olan və bir neçə dəfə təcili olaraq xəstəxanaya çatdırılan ana bütün bunların oğluna təsir etdiyini düşünür.

Hər şey bir qırağa, bu uşağı necə doyuzduracaqlar? Qulaqlarınızı dartın...

Günel Həbib

O.M.