Onlar da artıq ürəkdən gülə bilirlər

Onlar da artıq ürəkdən gülə bilirlər

4 Avqust 2011 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikada istehsal olunan rezin dodaqlar it sahiblərinin ürəyinə yağ kimi yayıldı. "Ankol" isimli firma tərəfindən satışa çıxarılan bu məhsullar ən qəddar, bədbin itin belə üzünə gülüş gətirməyi bacarır. Bu ağızlar itlərə taxıldığında sanki onlar botoks etdirmiş və ya dodaqlarına silikon yeritmiş kimi görünürlər. Qocaman dişləri və çəhrayı dodaqları ilə qaçmaqdan, gəzməkdən böyük zövq alan itlər eyni zamanda ətrafdakıların əyləncə mərkəzinə çevrilirlər. 16 sm uzunluqdakı dodaqlar yerli pulla 5 manatdan satılır.

İtləri də süniliyə öyrədirlər.

Günel Həbib

O.M.