Rizelilər sərhəd tanımır

Rizelilər sərhəd tanımır

11 Aprel 2011 19:53
Bəyəndim (0) Bəyənmədim (0)

Şəklə baxıb, "Bu çil-çırağın körpünün altında nə işi var? " - deyə öz-özünüzə sual verməyə tələsməyin. Xəbəri oxuyun, hər şey su kimi aydın olacaq...

Türkiyədə - Rizenin bələdiyyə başçısı Kamal Kosa, "1901-ci ildə inşa edilən kəmər körpünün altından bir zəncir uzanmışdı. Qıraqdan bunu izləyib qərara gəldik ki, bura gözəl lüstr yaraşar. Odur ki, dizaynerə sifariş verdik. Və çox keçmədən 21 lampalı lüstr hazır olub, yerinə asıldı. Məncə, çox gözəl və təbii oldu. Ona görə də körpü daha gözəl görünür", - deyə baxanları təəccübləndirən bu orijinallıq barədə ağızdolusu danışdı.

Onu da nəzərinizə çatdıraq ki, çil-çıraq gecələr avtomatik olaraq yanıb-sönür. Onun sayəsində yüzlərlə insanın yolu aydınlanır.

İşıq çəkmək yaxşı işdir. Kaş bizim bələdiyyə başçılarının da gözlərinə işıq çəkən olaydı ki, onlar da problemləri görə bilsinlər.

Günel Şahməmmədova

O.M.