İntihar deyil, "müalicə" üsuludur

İntihar deyil, "müalicə" üsuludur

3 Avqust 2011 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyada iflic olan çinlinin dəmiryol relslərinə uzanaraq müalicə alması, sağalması xəstələri elə bil yuxudan oyatdı. Bu iddiaya inananlar dəmiryollarına tərəf üz tutdular. Relslərdəki elektrikin müxtəlif xəstəlikləri müalicə etdiyinə inananlar tez-tez buraya uzanaraq, müalicə alırlar. Mövcud durum hətta paytaxt Cakartanı da ağuşuna alıb. Qatar gələndə ayağa qalxan, keçdikdən sonra isə yenidən relslərin üstünə uzanan indoneziyalılar hətta bəzən bütün günlərini burada sərf edirlər. Mütəxəssislər isə bu cür müalicənin təbii ki, yararsız olduğunu söyləyirlər.

Yadıma bir lətifə düşdü: "Biri relslərin üstündə oturur. Digər bir adam ona yaxınlaşaraq deyir: "çəkil, mən də oturum"".

Günel Həbib

O.M.