100 yaşlı qoca doğum gününü paraşütdən hoppanaraq qeyd etdi

100 yaşlı qoca doğum gününü paraşütdən hoppanaraq qeyd etdi

11 Aprel 2011 17:22
1 093
Bəyəndim (0) Bəyənmədim (0)


100 yaşlı Cənubi Afrika vətəndaşı Van Dam doğum gününü paraşütdən hoppanaraq qeyd edib. Sürət həvəskarı qoca hava şarı ilə uçmaqdan imtina edərək, paraşütdən hoppanmağı üstün tutub. Onu bu addımı atmaqdan çəkindirmək istəyənlər çox olsa da, yubilyar heç kimə qulaq asmayıb və hamının gözləri önündə maraqlı bir rekorda imza atıb. Van Dam yerə rahat enərək, həkimlərə özünü gümrah hiss etdiyini söyləyib. Hətta söz verib ki, 101 yaşında daha da hündür məsafədən tullanacaq.

100 yaşlı bir qocanın hündürə qalxacağına şübhə edən yoxdur. Sadəcə, qorxurlar ki, o, növbəti yaşına qədər birdəfəlik göyə qalxar...

Hafiz Əhmədov

O.M.