Yayın sonunda sizi nələr gözləyir?
*** Qoç
Bu ay siz ürəklə məzuniyyətə
çıxa bilərsiniz. İşgüzar səfərlər məsləhət görülmür, çünki yaxşılığınızı
istəməyən tanışlarınız sizə tələ qura bilər. Yeni insanlara güvənmək lazım
deyil, öncə onları tanımağa çalışın. Ailənizə qayğı və diqqət göstərin, onların
sizə ehtiyacı ola bilər. Özünüzü yormayın.
*** Buğa
İşləriniz əla gedəcək və yeni layihələrə imza
atmaq üçün doğru zaman sayıla bilər. Məzuniyyətə çıxmaq istəyəcəksiniz, lakin
sənədlərlə bəzi problemlər olduğuna görə bu iş alınmayacaq. Şəxsi həyatınızda
cüzi səbəblər ucbatından anlaşılmazlıqlar baş verəcək. Səhhətinizə qarşı
diqqətli olun, yorğunluq və ağırlıq hissləri sizi tərk etməyəcək.
*** Əkizlər
Müxtəlif fikirlər, sənədlərin imzalanması,
səfərlər və görüşlər - bunlar hamısı sizi gözləyir. Karyera baxımından
əlverişli zaman deyil, lakin gələcək planlar üçün çox münasib aydır. Tez-tez
pul çatışmazlığı hiss edəcəksiniz. Sevgilinizlə aranızda mübahisələr baş
verəcək. Ancaq səhhətiniz çox gözəl olacaq, belə davam edin.
***
Xərçəng
Bu ay işləriniz o qədər çox olacaq ki,
romantikaya və ailənizə vaxt ayıra bilməyəcəksiniz. Amma bu, gələcəyiniz üçün
önəmlidir. Yeganə mənfi əlamət sosial faktor ola bilər. Rəhbərlik, iş
yoldaşlarınız sizə qarşı diqqətsiz davrana bilər. Çalışın soyuqqanlı olun,
maddi durumunuz olduqca ürəkaçan olacaq.
*** Şir
Çoxsaylı əngəllərə baxmayaraq peşəkar
həyatınız yüksəlməyə doğru gedəcək. Ailə üzvləriniz sizə anlatmağa çalışacaq
ki, təkliyə ehtiyacınız var. Sevdiyiniz hobbi ilə məşğul olun, heç nəyi
vecinizə almayın. Ayın axırı yaxşı gəlir əldə etmək ehtimalı var. Amma bunu
qabaqcadan heç kəsə bildirməyin.
*** Qız
Avqust sizin üçün ən uğursuz aylardan biridir.
Evdə uşaqlarla, yoldaşınızla bəzi problemlər yaşayacaqsınız. Üstəlik, işdə də
əməkdaşlarınız sizə tələ qurmağa çalışacaq. Səhhətinizə diqqətli yanaşın, çünki
böyük ehtimalla xəstələnə bilərsiniz. Bu ayı ehtiyatlı olmaq lazımdır,
unutmayın ki, yaxşı işlər qarşıdadır.
*** Tərəzi
Bu günə qədər işləriniz əla idi, indi isə
vəziyyət bir az dəyişə bilər. Çalışın işinizin öhdəsindən ustalıqla gələsiniz
ki, rəhbərlik sizə irad tuta bilməsin. Buna baxmayaraq maddi vəziyyətiniz
müsbət olacaq. Şəxsi həyatınızda həmçinin problemlər yaranacaq. Sevdiyiniz
insanın sizə xəyanət etdiyi haqda xəbər ala bilərsiniz.
*** Əqrəb
Bu ay iş həyatınız ön plana çıxacaq ki, bu da
həyat yoldaşınızın qəzəbinə səbəb ola bilər. İşinizdə yüksələcəksiniz. Lakin
çalışın ailənizə də yetərincə vaxt ayıra biləsiniz, əks halda, bu mübahisəyə
gətirib çıxara bilər. Maddi durumunuz əla olacaq. Avtomobil idarə edərkən
ehtiyatlı olun, qəzaya uğramayın.
*** Oxatan
Əsas məqsəd bu ay danışıqları düzgün və doğru
istiqamətdə aparmaqdır. Bəziləriniz üçün ön planda karyera olacaq, bəziləriniz
üçün isə sevgi məsələləri. Pul qoymağa əla iş tapacaqsınız. Şəxsi həyatınız
rəngarəng olacaq, ya göz yaşları və mübahisələr, ya da məhəbbət dolu günlər.
Bir sözlə, hər şeyə hazırlıqlı olun.
*** Oğlaq
Maddi vəziyyətiniz yaxşı olmadığına görə
əməkdaşlarınız və ailə üzvlərinizlə problemlər yaşayacaqsınız. Ailə büdcəniz
get-gedə azalacaq. Üstəlik sağlamlığınız ürəkaçan olmayacaq. Yaxşısı budur,
vaxtında həkimə müraciət edəsiniz. Özünüzü pis hadisələrdən qorumağa çalışın.
Tək heç yerə getməyin.
*** Dolça
İşgüzar həyatınız dəyişkən olacaq. Bəzi
məsələləri yenidən gözdən keçirməli olacaqsınız. Əvvəllər bağladığınız
müqavilələr öz qüvvəsini itirə bilər. Əsəbləriniz korlanacaq, bu da öz
növbəsində sevgilinizlə münasibətlərinizə zərər gətirə bilər. Pulunuz azalacaq,
lakin bu sıxıntı bir müddət sonra keçəcək.
***
Balıqlar
Bu il yay fəsli sizin üçün tez bitəcək. Çoxlu
işləməli olacaqsınız ki, sizə göstərilən etimadı doğrulda biləsiniz. Sevgiliniz
özünü qeyri-adi aparacaq və bəlkə onunla vidalaşmalı olacaqsınız. Buna müqabil
maddi durumunuz əla olacaq, külli miqdarda pul əlinizə keçəcək. Səhhətinizin
yaxşı olması üçün təbiətdə olun.
Ya da yazılanlara fikir verməyərək öz həyatınıza davam edin...
Günel Həbib
O.M.