"TİTANİK"i kim batırıb?!

"TİTANİK"i kim batırıb?!

11 Aprel 2011 16:46
1 132
Bəyəndim (0) Bəyənmədim (0)
Faciənin əsl səbəbinin aysberq deyil, radiooperator olduğu deyilir

Aysberq çırpılması nəticəsində 1523 nəfərin həyatını itirdiyi "Titanik" gəmisi barədə daha bir iddia ortaya atılıb. Aldığımız məlumata əsasən, Britaniyanın "Chanel 4" kanalı üçün hazırlanan "The Unsinkable Titanic" sənədli filmi dənizçilik tarixinin ən çox müzakirə edilən qəzası ilə bağlı yeni bir xəbərlə gündəmə gəlib. Filmdə "Titanik" qəzasının əsl səbəbi kimi aysberq deyil, onun radiooperatorunun olduğu göstərilir. Belə ki, 25 yaşlı radio operatoru Cek Filips varlı sərnişinlərin yüzlərlə mesajını yollamaqdan bezərək, o gecə "SS Kaliforniya" gəmisindən gələn aysberqlə bağlı xəbərə hirslənib. Digər gəminin operatoru Kiril Evans da Cekin cavabına qəzəblənərək yayımı bağlayıb. Mütəxəssislərin fikrinə görə, yuxarıda qeyd etdiyimiz səbəbdən 30 km aralıqda olan "SS Kaliforniya" gəmisi "Titanik"dən gələn SOS siqnalını almayıb və nəticədə, bu dəhşətli olay yaşanıb. Əgər hər şey qaydasında getsəydi, nəinki sərnişinlər, hətta "Titanik"in özü aysberqdən yan keçə bilərdi.

Deyirlər, hər işdə bir xeyir var. Məni düzgün başa düşün, "Titanik" gəmisi batmasaydı, Ginnesin rekordlar kitabına kim düşərdi və ya 7 Oskar mükafatını hansı film alardı?..

Günel Həbib

O.M.