20 ildir oruc olan adam

20 ildir oruc olan adam

1 Avqust 2011 16:51
758
Bəyəndim (0) Bəyənmədim (0)

Müsəlman aləmi oruca başlayıb. Lakin Türkiyədə - Kocaelidə yaşayan Osman Ay adlı vətəndaş isə tam 20 ildir ki, oruc tutur. "Oruc tutan adam" ləqəbi ilə tanınan Osman 20 ildir ki, ömrünün çox hissəsini oruc tutaraq keçirib. 6 min 922 gündür oruc olan qəhrəmanımız səhhətində heç bir problem yaşamadığını söyləyir. Əksinə, sağlamlığının normada olmasını və ailəsindəki sabitliyin hökm sürməsini məhz oruca borclu olduğunu vurğulayıb. O, "Oruc tutduğum aydan sonra demək olar ki, yemək yeyə bilmədim. Öz-özümə dedim ki, qoy elə oruc olaraq da davam edim. 1-2 gün dedim, vaxt 20 ili aşdı", - deyə açıqlama verib.

O insan heç nəyə yararlı deyil - hansı ki, yalnız özünə yararlıdır...

Günel Həbib

O.M.