Yeni qulaq dəbi
"Avatar" gəncərə təsir göstərib
Amerikalı gənclər arasında yeni qulaq dəbi yaranıb. Artıq "yeni dünyanın" gənclərinin əksəriyyəti ucubiz qulaqlara sahib olmaq üçün əməliyyat masasına uzanırlar. Dolayısıyla da cərrahların işi artır, bank hesabları da dolub-daşır...
Cordan Houtz da bıçaq altına uzananlardan biridir. Jurnalistlərə verdiyi müsahibəsində o, "18 ay əvvəl əməliyyat olunmuşam. Düşünürəm ki, qulaqlarım çox cazibədardır", - deyə açıqlayıb. Xatırladaq ki, 2 saat davam edən əməliyyatın qiyməti iki qulaq üçün 600 ABŞ dollarıdır.
P.S. Modern qulağın yaranmasında "Avatar" filminin də böyük rolu olduğu deyilir.
Digər xəbərlər