Tətildə hara üz tutacağınıza bürcünüz qərar versin

Tətildə hara üz tutacağınıza bürcünüz qərar versin

10 Aprel 2011 12:38
1 185
Bəyəndim (0) Bəyənmədim (0)

Yay gəlir... Ancaq hələ də başımız gündəlik qayğılara qarışıb. Yayda istirahət etmək barədə düşünmürük də. Düşünsək də, çox vaxt tərəddüd keçiririk. Axı arzularımızla imkanlarımız həmişəki kimi üst-üstə düşmür. Hər halda siz bu yaxını OXUyun. Bəlkə göydən 3 alma düşdü və sizin arzularınız gerçəkləşdi?!.

Olduqca hərəkətli, coşqun və enerjili Qoç bürcünün nümayəndələri həyatsevərdirlər. Macəranı xoşladıqları üçün tətil zamanı dağa dırmanmağı, paraşütlə atlanmağı, dənizin həyəcanlı oyunlarını çox sevirlər. Onlara məsləhətimiz - yay aylarında Braziliya, Antalya və ya Madaqaskara baş çəksinlər.

Rahatlığa və özünə olan sevgisi ilə bilinən Buğalar üçün ən ideal tətil yeri göl və ya dağ mənzərəli kənd yerləridir. Ona görə də yaşadıqları bölgədən asılı olaraq təbiəti zəngin olan dağ rayonlarına üz tutmalıdırlar.

Əkizlər bürcünün sözü-sözünü tutmaz. Olduqca dəyişkəndirlər və bundan zövq alırlar. Həmçinin hər şeylə maraqlanandırlar. Eyni anda bir neçə məsələ ilə maraqlansalar, çox xoşbəxt olarlar. Tətilə istirahət üçün deyil, dəyişiklik üçün gedən Əkizlər hər an fikirlərini dəyişə bildikləri üçün onlara kənd kimi yerlərdən çox, kiçik otellər, pansionatlar uyğundur.

Ailəsinə olduqca bağlı olan Xərçəng üçün ailə köklərini və tarixini araşdıra biləcəyi, əcdadlarının yaşadığı yerləri görmək maraqlı olardı. Həssas və yardımsevər Xərçənglər nostaljik və dini yerləri görmək və kəşf etmək istəyərlər. Roma, Məşhəd, Məkkə və s. bu kimi şəhərlərdə olmaq onlara inanılmaz həyəcan bəxş edər. Onlar üçün tətildə nə etdiyi, hansı hissləri keçirtdiyi çox önəmlidir.

Lüks və zövqü sevən Şirlər insanların çox olduğu yerləri xoşlayırlar. 5 ulduzlu, izdihamlı şəhər oteli onlar üçün ideal yerdir. Əgər imkanları varsa, Dubaya, Havay adalarına, Bodruma baş çəksinlər.

Qız bürcü gəzməyi və araşdırmanı sevir. Odur ki, həmişə tətilə çıxmamışdan öncə gedəcəyi yeri təyin edər. Qalacağı yerdən yeməyinə kimi hər şeyi planlaşdırar. Xarici ölkəyə gedirsə və vaxtı varsa, o ölkənin dilini də öyrənməyə çalışar. Şərq, Qara dəniz və Egey dənizi onlara münasib tətil yerləridir.

Tərəzi bürcü intellektual bürcdür. Daim yeni məlumatlar öyrənmək istəyir. Ruhun quruluşu, din, fəlsəfə onları maraqlandıran məsələlərdir. Tərəzilər təkliyi sevmədiklərindən hərəkətli, böyük şəhərlərdə tətil etməyi xoşlayırlar. Gedəcəkləri yerlərdə muzeyləri, sərgiləri gəzər, alış-veriş edər, gecə həyatından zövq alarlar. Parisə, İstanbula, Praqaya və ya Nyu-Yorka yollana bilərlər.

Səssiz, sakit, insansız ada, ya da xüsusi bir gəmi tam ona görədir. Əqrəblər dəniz, göl sahilində oturub, kitab oxuya-oxuya əla tətil keçirə bilərlər. Sahildə gəzinti, avtomobillə kiçik səyahətlər onların ürəyincə olardı. Əqrəb qalacağı yerin komfortlu olmasını sakitlik qədər arzulayar. Odur ki, bu yay Baham və Karib adalarına yollana bilərlər.

Azadlığı sevirlər. Yeni simaları, yeni mədəniyyətləri görməyi çox xoşlayırlar. Həyata qarşı hədsiz dərəcədə ehtirasları var. Nə qədər uzaq və ekzotik yerlərə gedərlərsə, o qədər həyəcanlı olarlar. Uzaq Şərq ölkələri onlar üçün biçilmiş libasdır. Səfərə çıxmadan öncə gedəcəkləri yer barədə məlumat toplayar, tarixini öyrənərlər. Söhbət təbii ki, Oxatan bürcünün nümayəndələrindən gedir. İdmançı Oxatanlar isə fiziki baxımdan güc sərf edə biləcəkləri bölgələrə üstünlük verirlər. Hindistan, Tibet və ya Afrikaya yollansalar, unudulmaz tətil yaşaya bilərlər.

Ənənələrə, tarixə önəm verdikləri üçün əntiq və qədimi yerləri seçərlər. Ümumiyyətlə, Oğlaqlar təkliyi xoşlayan insanlardır. Roma, Misir onların yolunu gözləyir.

Yenilik və dəyişiklik tərəfdarlarıdır. Xəyal gücləri sərhədsizdir. Çox vaxt yeni bir şey kəşf etməklə məşğuldurlar. Böyük ictimai dəyişikliklərin olduqları yerə - Çinə, Rusiyaya getməyi sevərlər. Hər dəqiqəsi planlaşdırılmış turlar onlara görə deyil. Tətil proqramını özləri seçməyi xoşlayırlar. Sürprizlərlə bol istirahət - Kuba, Cənubi Amerika, Çin Dolçaların sevimli bölgələridir.

Ümumiyyətlə, xəyal dünyasında yaşayırlar. Dalğa səslərinin eşidildiyi, dəniz mənzərəli otel onları rahatladacaq, sakitləşdirəcək. Tez incidikləri üçün izdihamlı bir qrup yerinə, tək və ya 1-2 yoldaşla tətilə çıxmağı sevirlər. Yunan adaları, Bali Balıqların əvəzsiz tətil yerləridir.

Müəllifdən: Arzu edirəm ki, bu yay arzularınızla imkanlarınız üst-üstə düşsün və biz nağıllarda olduğu kimi sizinlə gözəl bir tətil məkanında qarşılaşaq.

Günel Həbib

O.M.