Dollar milyonçusu xidmətçilik edir

Dollar milyonçusu xidmətçilik edir

7 İyul 2011 13:25
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikada lotereyadan tam 3.4 milyon dollar pul qazanan adam xidmətçiliyə davam edir. Sitldakı bir liseydə xidmətçilik edən Tryon Kurri milyonçu oldu, ancaq hələ də inadla, "Bu işləri birinin görməsi gərəkdir", - deyərək işinə ara vermədi.

5 il öncə arvadı Mişel ona zəng edərək, "Dəqiq əmin deyiləm, amma deyəsən, hesablaya bilməyəcəyimiz qədər pul qazanmışıq", - dedi. Dostları da 5 ildən bu yana Kurrinin heç dəyişmədiyini bildirirlər. Evini belə dəyişdirməyən, Sitldakı kiçik məhəllədə yaşayan qəhrəmanımız, "Anam bu küçənin anası kimi idi. Ona görə də qapımız hər kəsə açıq olmalıdır", deyir. Arvadı isə bu pulu udduqlarında iflasın kənarında olduqlarını söyləyir.

Mən də pul udsaydım, evimi dəyişdirməzdim. Kirayə verib Mayamidəki villama köçərdim...

Günel Həbib

O.M.