"Facebook"un videolu görüşmə dövrü başlayır

"Facebook"un videolu görüşmə dövrü başlayır

7 İyul 2011 13:19
Bəyəndim (0) Bəyənmədim (0)
Artıq dostlar bir-birilərini görəcəklər

Dünyanın ən populyar sosial şəbəkəsi olan "Facebook" video görüntüyə keçid alır. Bundan sonra istifadəçilər "video zəng" düyməsini basaraq, eyni səhifədə bir və ya bir neçə dostu ilə danışa biləcək. Mövzu ilə bağlı verilən yazılı açıqlamada sosial şəbəkənin artıq "Skype"la birlikdə işbirliyinə başladığı qeyd edilir. "Facebook"çular səhifələrinin üst hissəsində "video zəng" düyməsinə "klikləyəcəklər", dostları ilə elə həmin andan görüntülü söhbət edə biləcəklər. Ayrıca video zənglərinə cavab gəlmədikdə zəng edən şəxs xəttin o biri ucundakı dostuna video görüntülü mesaj qoya biləcək. Daxili və ya xarici kamerası olmayanlar isə bu prosesə sadəcə səsləri ilə qoşula bilərlər. Hətta eyni anda bir neçə nəfərlə çat vasitəsi ilə də söhbət etmək mümkün olacaq. 70-dən artıq dildə hazırlanan və ilk vaxtlarsa bir qrup istifadəçi üçün açıq olan bu sistem qısa müddətdən sonra 750 min istifadəçinin də ixtiyarına veriləcək.

Facebook manyakları hamamda paltarla çimməli olacaqlar...

Günel Həbib

O.M.