Püskürən vulkandan istifadə etdi, kişilər üçün ətir yaratdı

Püskürən vulkandan istifadə etdi, kişilər üçün ətir yaratdı

6 İyul 2011 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

May ayında Avropaya kabus yaşadan Qrimsvötn vulkanı islandiyalı top-model, dizayner Sigrun Lilja Guojonsdottirə ilham qaynağı oldu. O, vulkanın yerləşdiyi Vatnajökull buzlağının suyu və ətrafdakı ot-çiçəklərdən kişilər üçün ətir yaratdı. Daha öncə İzmirdə ərsəyə gətirdiyi məhsulları Avropada satan xanım dizayner bu dəfə "VJK Vatnajökull" ismini verdiyi ətirin təqdimat mərasimini Türkiyədə keçirdi. Parfüm Fransada istehsal ediləcək və 80 avrodan satılacaq. Amerika və Türkiyədə satışa çıxacaq olan ətir 100 milli qramlıq şüşələrdə alıcılara təqdim olunacaq.

Onu da xatırladaq ki, Siqrun Lilja daha öncə də partlayan Eyjafjallajökull vulkanından "EFJ Eyjafjallajökull' adlı qadın ətri istehsal etmişdi. Ayaqqabı, aksessuar müəllifi olan "Sigrun Lilja Gudjonsdottir", eləcə də "The Next Big Thing" adlı kitabın da müəllifidir.

Günel Həbib

O.M.