"Eşşəklər" xoşbəxtdirlər, turistlər isə dərdli

"Eşşəklər" xoşbəxtdirlər, turistlər isə dərdli

5 İyul 2011 13:47
1 058
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin tətil bölgəsi olan Çeşmədəki "Eşşək" adasının adını eşidənlər durmadan buraya axın edirlər. Yerli və əcnəbi turistlər eşşəkləri görmək üçün gəmi çatışmazlığından saatlarla sahildə gözləyirlər.

İllər öncə əkinçilikdən əl çəkənlər heyvanlarını da burada qoyub, adanı tərk etmişdilər. Elə o zamandan burada yaşayan eşşəklərin nəsli artmış, ada da adını onlardan almışdı. Bu cür isti havalarda saatlarla sərnişin gəmisini gözləyənlər şikayət edərək tezliklə buraya bir körpü salınmasını xahiş edirlər.

Məmurlar isə təbii ki, eşşək kimi zəhmətkeş ola bilmirlər...

Günel Həbib

O.M.