Dünyada ən uzun avtobus xəttə buraxıldı

Dünyada ən uzun avtobus xəttə buraxıldı

8 Aprel 2011 16:14
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Amerikanın ən böyük ölkəsi olan Braziliya tıxaclara çarə tapdı. Ölkədə saatlarla uzanan avtomobil tıxaclarının qarşısını almaq üçün dünyanın ən uzun avtobusu ərsəyə gətirildi. "Volvo" və "Neobus" şirkətləri tərəfindən hazırlanan "Trenbus" tam 28 metr uzunluğundadır. Dizel yanacağı ilə işləyən 3 vaqonlu avtobus 250 sərnişin üçün nəzərdə tutulub. Gələn aydan etibarən Braziliyada 97 bu tipli avtobusla 50 min sərnişinin ünvana çatdırılması planlaşdırılır.

O.M.