2220 atılmış plastik şüşədən gəlinlik tikildi

2220 atılmış plastik şüşədən gəlinlik tikildi

1 İyul 2011 12:09
1 254
Bəyəndim (0) Bəyənmədim (0)

Mişel Brand bir gəlinlik dizayneridir. Amma onun ərsəyə gətirdiyi gəlinliklər standartlardan xeyli fərqlənir. Məsələn, son işi olan "Yaşıla həsrət" gəlinliyi 10 kq ağırlığındadır. Onun hazırlanmasında 2220 plastik butulka, 6512 plastik butulka qapağı, 13880 ədəd etiketdən istifadə edilib. Təbii ki, bütün bunları gəlinliyə çevirmək üçün Mişel aylarla işlədi. Onun əl işləri hər gün istifadə etdiyimiz, düşünmədən atdığımız məhsullara fərqli gözlə baxmağımızı təmin edir. O, "Bu orijinal gəlinliyi bu vəziyyətə gətirmək üçün çox əmək sərf etdim. Plastik butulkaların, qapaqlarının, etiketlərin toplanması, yuyulması, təmizlənməsi üçün mənə könüllülər də yardım etdilər", - deyə bildirdi.

Atılmış butulkadan və qapaqlardan gəlinlik geyinənin hörməti olmaz. Əvvəlcə başına qapaq qoyub, sonra atacaqlar...

Günel Həbib

O.M.